Gəncədə "Ukrayna səfiri" qadın saxlanıldı
Gəncə şəhərində özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluqla məşğul olan qadın saxlanılıb.
Virtualaz.org-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gəncə şəhərinin bir neçə sakini polisə müraciət edərək Kifayət adlı qadının onlara yalan vədlər verərək pullarını mənimsəməsi barədə şikayət edib. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda anadan olan, hazırda Ukrayna Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, K. Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların 50 min manatdan çox pulunu mənimsəyib. Gəncədə isə onun 20 min manatlıq dələduzluq faktı qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qohumunun evindən 80 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qız tutulub
Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini Səmayə Məmməd...