Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutuldu

22
yan
2018
11:07
Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulub.BAKU.WS report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Qətlə yetirilən O.Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.BAKU.WS

Oxşar xəbərlər
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən al...