Bakıda hamamda başqa kişi ilə tutulduğu üçün öldürülən gəlinin FOTOSU

Bakıda hamamda başqa kişi ilə tutulduğu üçün öldürülən gəlinin FOTOSU
Hadisə 25976
Ötən gün Sabunçu rayonu, Maştağa qəsəbəsində qayınata gəlinini odlu silahla qətlə yetirib.BAKU.WS-in "Ölkə.Az"-a istinadən verdiyi məlumata görə, 1958-ci il təvəllüdlü Seyidmalik Məmmədov özünə məxsus qoşalülə ov tüfəngi ilə 1993-cü il təvəllüdlü, gəlini Aysel Xanağa qızı Məmmədovanın başından 2 güllə vuraraq qətlə yetirib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər və ilkin müayinələrə başlayıblar. Qətli törədən şəxs isə şübhəli şəxs qismində həbs olunub.Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon hüquq-mühafizə orqanlarından "Ölkə.Az"-a verilən məlumata görə, S.Məmmədov oktyabr ayında gəlinini öz evinin hamam otağında qonşuluqda yaşayan Təhmasib Abasov adlı şəxslə intim əlaqadə olan zaman yaxalayıb. Ancaq həmin vaxt nə gəlininə, nə də qonşu oğlana xəsarət yetirməyib. Hətta oğluna da bu barədə bir söz deməyib. Ancaq kənd yeri olduğundan söhbətin böyüdüyünü görən Seyidmalik Məmmədov ötən gün axşam evə daxil olaraq odlu silahla gəlininin həyatına son qoyub. Qeyd edək ki, qətlə yetirilən şəxsin 1 azyaşlı övladı qalıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər