Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib
22
dek
2017
18:55
Bakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib. Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.Hadisə barədə polisə məlumat verilib.Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, məlum bıçaqlanma hadisə dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.BAKU.WS
Oxşar xəbərlər
Restoranda "razborka" : Azərbaycanlı müğənni bıçaqlandı - VİDEO
Şadlıq evində müğənni bıçaqlanıb. Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub. 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ''Murad'' şadlıq evində...