Bakıda xəstəxanada həkimin oğlu özünü bıçaqlayıb
Bakıda xəstəxanada 19 yaşlı oğlan özünü bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib.
Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ürəksızladan hadisə: ana intihar edən oğlunu son anda xilas etdi
Bakıda gənc oğlan intihara cəhd edib. "Report"un xəbərinə görə, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi ev 22-də qeydə alınıb. Belə ki,...