Bakıda ər arvadını döyərək öldürüb

Bakıda ər arvadını döyərək öldürüb
Hadisə 1361

 

Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb.

Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda nurçulara qarşı əməliyyat keçirilib

Bakıda nurçulara qarşı əməliyyat keçirilib

Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb. "Report"un xəbərinə görə, hadisə ötən gecə Şərifzadə küçəsi...

2261 Hadisə 10:36 24 oktyabr 2016

Son xəbərlər