23 yaşlı oğlan paltar asmaq istəyərkən yıxıldı, dəmir parçası bədəninə batdı

23 yaşlı oğlan paltar asmaq istəyərkən yıxıldı, dəmir parçası bədəninə batdı
Hadisə 1853

 

Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən binada 1993-cü il təvəllüdlü Şahsuvarov Taleh Xaliq oğlu paltar asmaq istəyərkən xəsarət alıb. Belə ki, T.Şahsuvarov aşağıya doğru əyilərkən zivənin dəmir hissəsinin üzərinə düşüb. Nəticədə dəmir parçası onun bədəninə batıb.

Ağır xəsarət alan T.Şahsuvarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Bədbəxt hadisənin dəqiq səbəbləri araşdırılır.

 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərxoş kişi pilləkəndən yıxılaraq ölüb

Bakıda sərxoş kişi pilləkəndən yıxılaraq ölüb

Bakıda 45 yaşlı kişi qonaq gəldiyi binadakı pilləkəndən yıxılıb. "Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi Faiq Mirzəyev küçəsində yerləşə...

1361 Hadisə 10:55 18 oktyabr 2016

Son xəbərlər