Bakıda yataqxananın tavanı çökdü: yaralılar var
08
avq
2016
09:44
Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
Yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub.
Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda valideynlərinin bağlı qapı arxasında saxladığı uşaq eyvandan yıxıldı
Bakıda uşaq binadan düşüb. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin V massivindəki binalardan birində qeydə alınıb. Suraxanı rayonunun 33-cü Polis bölmə...