Bakıda sərxoş kişi pilləkəndən yıxılaraq ölüb

Bakıda sərxoş kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə 1361

Bakıda 45 yaşlı kişi qonaq gəldiyi binadakı pilləkəndən yıxılıb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi Faiq Mirzəyev küçəsində yerləşən 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Ömərov Etibar Kərəm oğlu sərxoş vəziyyətdə binanın pilləkəni ilə qalxmaq istəyib. O, ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

E.Ömərov təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda bədbəxt hadisə: 33 yaşlı qadın xəsarət alıb

Bakı metrosunda bədbəxt hadisə: 33 yaşlı qadın xəsarət alıb

Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb. Report-a istinadən bldirir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasında qeydə alınıb. Məlumata...

3024 Hadisə 14:56 08 oktyabr 2016

Son xəbərlər