Tovuz sakininin əlində fişəng partlayıb, barmağı amputasiya edilib
01
yan
2016
12:30
Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.
BAKU.WS APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.
Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda patron kişinin əlində partladı, əli amputasiya olundu
Bakı sakininin əlində patron partlayıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də Binəqədi rayonunda yaşayan...