Bakıda möcüzəvi hadisə: özünü 7-ci mərtəbədən atan gənc sağ qaldı
Bakıda 22 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib.
Lent.az-ın məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1996-cı il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.
Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbbədən həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sevgilisindən ayrılan qız özünü 4-cü mərtəbədən atdı
Sevgilisindən imtina cavabı alan qız özünü binadan atıb. BAKU.WS-in musavat.com-a istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib. 19 ya...