Kütləvi davada qan töküldü
09
iyl
2018
09:03
Qazax rayonunda kütləvi dava baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Aslanbəyli kəndində qeydə alınıb.Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Onlardan bir nəfərinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda kütləvi dava olub, xəsarət alanlar var
Lənkəranda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.Tükəvilə-Bazar xətti...