Ceyrançöldə çobanlar arasında kütləvi dava - 3 nəfər yaralanıb
10
noy
2017
20:25
Ağstafa rayonunun Ceyrançol ərazisində çobanlar arasında kütləvi dava düşüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə düşüb.Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar. Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu, onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və sonuncunun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.Onları döyən çobanların üç qardaş olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kütləvi dava - 22 yaşlı gənc ağır xəsarət alıb
Mingəçevir şəhərində kütləvi dava olub. "Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.Belə ki, həmin...