Azərbaycanda kütləvi dava - 22 yaşlı gənc ağır xəsarət alıb
19
okt
2017
13:45
Mingəçevir şəhərində kütləvi dava olub. "Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib. Eyni zamanda hadisə yerinə gələn zərərçəkənin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır. E.Quliyevin məcburi köçkün olduğu deyilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qonşular arasında kütləvi dava: xəsarət alan var
Bakıda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.BAKU.WS "Report"a istinadən bildirir ki, hadisə ötən gecə Suraxanı rayonunda baş verib.Əmircan qəsə...