Bakıda restoranda heyvanların qanunsuz saxlanıldığı aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində saxlanması ilə bağlı Bakı şəhəri Xətai rayonunda yerləşən "Kolorit" restoranında monitorinq keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı heyvan və quşların baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkar olunub. Heyvan və quşların növü, miqdarı müəyyən edilib, onların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.
Qalereya
Oxşar xəbərlər
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb
Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun...