Bakıda 10 nömrəli avtobusda tüstülənmə baş verib
Bu gün saat 15:47 radələrində Mikayıl Müşfiq küçəsində "BakuBus" MMC-nin istismarında olan 10 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində texniki nasazlıq qeydə alınıb.
"BakuBus" MMC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılan ilkin baxış zamanı müəyyən edilib ki, nasazlıq mühərrikin soyutma sisteminə aid boru xəttində soyutma mayesinin sızması nəticəsində yaranıb. Yüksək temperaturun təsiri ilə sızan soyutma mayesi buxarlanaraq ətrafda tüstüyə bənzər görüntü yaradıb.
Sərnişinlər təhlükəsizlik məqsədilə operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.
***16:24
Bakıda fəaliyyət göstərən 10 nömrəli marşrut avtobusunda tüstülənmə olub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə baş verən kimi avtobusda olan sərnişinlər dərhal nəqliyyat vasitəsindən düşürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Tüstülənmənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Xırdalanda avtomobil qadını vuraraq öldürüb
Bakı-Quba avtomobil yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası qeydə alınıb. BAKU.WS report-a istinadən xəbər verir...