Bakıda küçə iti 2 yaşlı uşağın yanağını dişləyərək qopardı
09
may
2017
14:37
Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb.
BAKU.WS-in "Report"a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, Salyan şossesi, ev 12 b ünvanında valideyn nəzarətindən kənarda qalan 2 yaşlı Ramal Elzamin oğlu Paşayev binanın həyətyanı sahəsində yerləşən məişət tullantıları qutularının yaxınlıqda oynayarkən küçə itləri ona hücum ediblər.
İtlərdən biri uşağın yanağını dişləyərək xəsarət yetirib. R.Paşayev xəstəxanaya yerləşdirilib. Onun üz nahiyəsi həkimlər tərəfindən tikilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli hadisə: it uşağın burnunu dişləyərək qopardı - VİDEO
4 yaşlı uşağın burnunu it dişləyərək qoparıb. BAKU.WS məlumat verir ki, hadisə bir müddət əvvəl Şəmkirdə, Səməd Vurğun kəndində baş verib. 4 yaşlı Səma həyətdə...