Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb
08
okt
2016
10:54
Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb.
BAKU.WS APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən barlardan birində baş verib. Ərəb ölkələrindən birinin vətəndaşı ilə Türkiyə vətəndaşı arasında mübahisə yaranıb. Nəticədə ərəb Türkiyə vətəndaşı Cengiz Çakmakın qulağını dişləyərək qoparıb. Təcilli xəstəxanaya yerləşdirilən C. Çakmakın qulağına tikiş qoyulub.
Faktla bağlı təhqiqat aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda toyda viski üstündə kütləvi dava, yaralananlar var
Nizami rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. "Report" xəbər verir ki, rayon ərazisində yerləşən "R.A.S" şadlıq evində keçirilən toy məras...