Rusiyada 3 azərbaycanlı güllələndi
19
sen
2016
15:19
Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib.
APA-nın xəbərinə görə, bu barədə mr7.ru saytı məlumat yayıb.
Hadisə sentyabrın 18-də səhər saatlarında Leninqrad vilayətinin Qatçina şəhərində yerləşən barların birində baş verib. Mübahisə zəminində baş verən insident zamanı barın müştərilərindən biri 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşlarına atəş açıb.
Nəticədə onlar bədənin müxtəlif yerlərindən güllə yaraları alıblar.
Yaralı həmyerlilərimiz özləri xəstəxanaya gediblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərxoş müştəri dava saldı, 3 nəfəri bıçaqladı
Suraxanıda kütləvi dava baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, insident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan C...