Azərbaycanda kişi qaynının qulağını dişi ilə qoparıb

Azərbaycanda kişi qaynının qulağını dişi ilə qoparıb
Hadisə 1318

Sabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.

Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.

X. Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə  Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakıda ərəb türkün qulağını dişləyərək qoparıb

Bakı şəhərindəki barların birində əcnəbilər arasında qarşıdurma yaranıb. BAKU.WS APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində yerləşən b...

2034 Hadisə 10:54 08 oktyabr 2016

Son xəbərlər