Bakıda möcüzə: 12 yaşlı qız 9-cu mərtəbədən yıxıldı, sağ qaldı
27
okt
2016
11:57
Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.
Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Hadisə vaxtı L.Namazova evdə tək olub.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Faciəvi hadisənin təfərrüatları: 9-cu mərtəbədən düşən qadın təzə ana olubmuş
Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış...