Bakıda MÖCÜZƏ: Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı

Bakıda MÖCÜZƏ: Özünü 9-cu mərtəbədən atan uşaq sağ qaldı
Hadisə 1869
 

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Musavat.com-un verdiyi xəbərə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.

Lent.az-ın məlumatına görə, hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasalar da, onun vəziyyətinin ağır olduğunu bildirirlər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda azyaşlı beşinci mərtəbədən yıxılaraq öldü

Bakıda azyaşlı beşinci mərtəbədən yıxılaraq öldü

Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb. BAKU.WS bildirir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 3-də qeydə alınıb....

1157 Hadisə 15:26 04 iyul 2016

Son xəbərlər