Bakıda 4 yaşlı uşağın başına televizor düşüb

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb
Hadisə 883

 

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

Nəticədə Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

BAKU.WS

Son xəbərlər