Azərbaycanda təmir zamanı ustanın başına avtomobil diski düşdü

Azərbaycanda təmir zamanı ustanın başına avtomobil diski düşdü
Hadisə 1423

Göygöl rayonunda təmir zamanı avtomobil ustasının başına maşın diski düşərək ağır yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ağır yaralanan ustanı Bakıdakı xəstəxanaların birinə aparılması gözlənilir.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a bildirilib ki, rayonun Xaqani kənd sakini, 1984-cü il təvəllüdlü İlham Həsənov ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya gətirilib: "Yaralıya həkimlər tərəfindən tibbi xidmət göstərilib və onun vəziyyəti ağır olaraq qalır. Günün ikinci yarısından sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş olmasa, Bakıda yerləşən xəstəxanalardan birinə göndəriləcək".

Yaxınlarının bildirdiklərinə görə, İ.Həsənov avtomobil ustasıdır və həyətlərində "Qazel" markalı avtomaşını təmir edərkən ehtiyatsız davranıb və avtomobilin diski onun başına düşüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var

Azərbaycanda toyda kütləvi dava: xəsarət alan var

Samux rayonunun Seyidlər kəndində keçirilmiş toy mərasimində kütləvi dava baş verib. BAKU.WS Report-a istinadla xəbər verir ki, dava zamanı bir nəfər xəsarət a...

2511 Hadisə 09:37 26 sentyabr 2016

Son xəbərlər