Avtotəmir sexində ustanın başına avtomobil düşdü
10
iyn
2016
15:19
Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.
BAKU.WS Report-a istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.
Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.
S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb. BAKU.WS Xitab24.az-a istin...