Bakıda qadın polis avtomobili aşırdı: 3 nəfər xəsarət aldı
Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.
"Report"un xəbərinə görə, hadisə Səngaçal qəsəbəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.
Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Digər xəsarət alan iki nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli qəza: 2 maşın toqquşdu, 6 nəfər yaralandı
Ötən gecə Bakının Pirallahı rayonunda magistral yolda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un xəbərinə görə, Dübəndi ma...