Bakıda doqquzmərtəbəli binanın onuncu mərtəbəsində sevgi macərası (VİDEO)
Bakıda çoxmərtəbəli evin damında ekstrim sevgi macərası yaşanıb.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, Bakıda iki nəfərin ekstrim sevgi hissi yaşamaq istəyi onları təhlükəli addım atmağa sövq edib.
Belə ki, gənc oğlan və qız paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində, metronun "Koroğlu” stansiyasının üzərindəki yol qovşağının yaxınlığındakı binalardan birinin damına çıxaraq məhəbbətlərini bölüşməyə çalışıblar.
Əvvəlcə qucaqlaşıb öpüşən sevgililər daha sonra doqquzmərtəbəli binanın damının lap kənarında ayaqlarını sallayaraq xeyli söhbət ediblər.
Bir müddət beləcə həzz yaşayan cütlük daha sonra heç nə olmamış kimi rahatca damdan aşağı eniblər.
BAKU.WS
Oxşar xəbərlər
Gənc oğlan Bakıda həyəcanlı anlar yaşatdı
Metronun "Elmlər Akademiyası" stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib....