İki nəfər birlikdə intihar etmək istədi

İki nəfər birlikdə intihar etmək istədi
Hadisə 2111

 

Bakıda iki vətəndaş hündürmərtəbəli binanın damına çıxaraq özünü atmağa cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS verilən məlumata görə, Yasamal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılan psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:39-da başa çatıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər