Bakıda özünü tikdirdiyi binadan atmaq istəyən sahibkar yenə intihara cəhd edir (VİDEO)

Bakıda özünü tikdirdiyi binadan atmaq istəyən sahibkar yenə intihara cəhd edir (VİDEO)
Video
Hadisə 1576

Bakının Binəqədi rayonunda yenə də intihara cəhd hadisəsi qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, 9-cu mikrorayon ərazisində, Zeytunluq adlanan yerdə tikilməkdə olan binaya bir nəfər çıxaraq özünü atmaq istəyir. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışırlar. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, intihara cəhd edən şəxs bir neçə gün əvvəl də eyni yerdə intihara cəhd edib.  Xatırladaq ki, noyabrın 3-də də həmin binanın üstünə bir nəfər çıxaraq özünü atmaq istəyirdi. Həmin şəxsin tikilməkdə olan binanın sahiblərindən biri olduğu deyilirdi. Ziya Səccad BAKU.WS

 

Son xəbərlər