Azərbaycanda 1 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü
18
may
2017
16:12
Göyçay rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.
Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
11 yaşlı məktəblinin müəmmalı ölümü
Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006...