Azərbaycanda uşaq xəstəxanasının şöbə müdiri özünü asdı
03
dek
2016
10:45
Göyçay rayonunda intihar hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.
Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.
Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda üç uşaq anası özünü asıb
Qobustan rayonunda gənc ana intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaş...