Azərbaycanda dəhşət: Qadın ot tayasını yandırıb özünü içinə atdı
21
sen
2016
16:40
Göyçay rayonunda intihara cəhd olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.
Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Polis xidməti avtomobillə qəza törətdi: 1 ölü
Göyçay rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:3...