Polisə etiraz edən kişi Göygöldə özünü yandırdı

Polisə etiraz edən kişi Göygöldə özünü yandırdı
Hadisə 1383

 

Göygöl rayon sakini Gəncədə özünü yandırıb.

BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Arvadı atıb getdi, kişi özünü yandırdı

Arvadı atıb getdi, kişi özünü yandırdı

Göygöl rayon sakini intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. BAKU.WS xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ansp...

2826 Hadisə 10:19 07 mart 2016

Son xəbərlər