SİZİN REKLAM BURADA!
055 213 76 73



Beyləqanda mənzildən meyit aşkarlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Beyləqan şəhər Nizami küçəsi ev №7-də yaşayan 1979-cu il təvəllüdlü Əsədova Ramilə Fazil qızının uzun müddət evdən çıxmamasına narahat olan qonşular DİN-in 102 “qaynar xətti”nə məlumat verib. Daxil olmuş məlumat əsasında Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları R.Əsədovanı yaşadığı mənzilə daxil olaraq, qadını orada ölmüş vəziyyətdə aşkarlayıb.

R.Əsədovanın qətlə yetirildiyi ehtimal olunur.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

BAKU.WS