41 baş qoyun oğurladığı üçün həbs olundu

41 baş qoyun oğurladığı üçün həbs olundu
Hadisə 1222
DİN Mətbuat Xİdmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan rayon sakini Sərman Həsənov ötən ilin mart ayında RPŞ-yə müraciət edərək 41 baş qoyununun oğurlandığı barədə məlumat verib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar Beyləqan RPŞ-nin polis əməkdaşları tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.Bundan başqa Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov da saxlanılıb.Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda telefon oğruların dəstəsi tutuldu (FOTO)

Azərbaycanda telefon oğruların dəstəsi tutuldu (FOTO)

Azərbaycanda daha bir oğru dəstəsi tutuldu. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə Kuzunqışl...

1152 Hadisə 10:46 09 fevral 2018

Son xəbərlər