Azərbaycanda 65 minlik cinayət törədən dostlar tutuldu (VİDEO)
28
dek
2017
14:59
Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluğun olması barədə məlumat verib.BAKU.WS-in ARB TV-yə istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının ticarət obyektinin maliyyə təsərrüfatına baxış zamanı, 65 min manat dəyərində tütün məmulatının oğurlandığı müəyyənləşdirilib.Faktla bağlı aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.Araşdırmalar zamanı Mayıl Əsədovun işlədiyi mağazadan tanışı Abdulla Kərimovla birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min manat dəyərində tütün məmulatını oğurladıqları məlum olub. Hər iki şəxs həmin məmulatları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf ediblər.Faktla bağlı araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri tutuldu (FOTO)
Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərindən pul, tütün məmulatları və digər qiymətl...