Azərbaycanda telefon oğruların dəstəsi tutuldu (FOTO)
09
fev
2018
10:46
Azərbaycanda daha bir oğru dəstəsi tutuldu. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompyuter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb. Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xacmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzaqa Cəlilovun üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Onların ötən ilin noyabr ayından cari ilin fevral ayınadək olan müddətdə Qusar, Quba, Şabran və Xaçmaz rayonlarında 13 mağazadan pul , danışıq kartları, müxtəliv növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyən edilib.Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.TuncayBAKU.WS
Oxşar xəbərlər
Mağazadan elektrik malları oğurlayan şəxs cinayət başında yaxalandı
Cəlilabadda eyni mağazadan ikinci dəfə oğurluq edən şəxs cinayət başında yaxalanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, ötən il dekabrın 26...