Neftçalada broyler fabrikinin 7 işçisi tutuldu - 800-ə yaxın cücə oğurlayıblar

Neftçalada broyler fabrikinin 7 işçisi tutuldu - 800-ə yaxın cücə oğurlayıblar
Hadisə 1397
Neftçalada broyler fabrikindən oğurluq edən şəxslər saxlanılıb.BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gedib, müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlandığı məlum olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov tutulublar. Onlar törətdikləri əməli etiraf ediblər.Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda polisə yalan məlumat verənlər tutulub

Bakıda polisə yalan məlumat verənlər tutulub

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlu...

1225 Hadisə 19:22 05 yanvar 2018

Son xəbərlər