Bakı metrosunda cibgirlik edən şəxs tutulub
02
dek
2017
17:22
Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.Faktla bağlı Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.İ.Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Metroda telefon oğurlayanlar tutuldu
Metroda cibgirliklə məşğil olan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hadisənin təfərrüatları ilə bağlı verilən məlumatda deyilir ki, no...