Bakı metrosunda oğurluq edənlər kameraya düşdü (VİDEO)

Bakı metrosunda oğurluq edənlər kameraya düşdü (VİDEO)
Video
Hadisə 4440

Metropolitendə polis şöbəsinin əməkdaşları cibgirliklə məşğul olan 2 nəfəri yaxalayıblar.

ARB TV xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş, əslən Gədəbəy rayonundan olan Sumqayıt şəhər sakini 38 yaşlı Nazim Tağıyev Bakı Metropoliteninin Nizami stansiyasında Ağsu rayon sakini Camo Qəniyevin mobil telefonunu cibgirlik yolu ilə oğurlayarkən platformada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin faktla əlaqədar şübhəli bilinən Sumqayıt şəhər sakini 35 yaşlı Rüfət Baxşıyev də tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda oğurluq anbaan kameraya düşdü – VİDEO

Bakı metrosunda oğurluq anbaan kameraya düşdü – VİDEO

Sumqayıt şəhər sakini Kəmalə Əhmədova Bakı metropoliteninin 28 may stansiyasında qatara minəndən sonra mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət e...

7405 Hadisə 16:26 11 mart 2017

Son xəbərlər