Bakı metrosunda telefon oğurluğu kameraya düşdü - Video

Bakı metrosunda telefon oğurluğu kameraya düşdü - Video
Hadisə 2393

Bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun "Nizami” stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikayət müraciət edib.

Bakı şəhər Baş Polis İdarəsi metropolitendə polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub. Həmin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb.

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Polis əməkdaşları Anar Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

BAKU.WS xezerxeber-in mövzu ilə bağlı videomaterialı təqdim edir:

Oxşar xəbərlər

Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO

Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO

Bakı metrosunda oğurluq hadisəsi baş verib. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, metronun "28 May” stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıy...

1600 Hadisə 11:50 20 oktyabr 2016

Son xəbərlər