Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO
Bakı metrosunda oğurluq hadisəsi baş verib.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, metronun "28 May” stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıyeva çantasından mobil telefon oğurlanması barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.
Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli sakini əvvəllər qətl hadisəsinə görə məhkum olunmuş Seymur Ağayev saxlanılıb. İstintaq zamanı Seymurun "Gənclik” stansiyasında Bakı sakini Fəridə Cəfərlinin çantasından pul kisəsini oğurladığı da məlum olub.
S.Ağayev istintaqa ifadəsində metroya "Sahil” stansiyasından daxil olduğunu bildirib.
"İki qız idilər, birinin pul kisəsini, birinin də telefonunu oğurladım. Bir vətəndaşla mübahisə də etdik və polis əməkdaşları gəlib məni apardı”, - o deyib.
Faktlarla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Oğlu maşınla xalq artistinin ailəsini əzən sabiq məmurun külli miqdarda pulu oğurlandı – TƏFƏRRÜAT
Xəzər rayonunda içərisində külli miqdarda pul olan seyf oğurlanıb. BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Mübariz Mədətov Xəzər Ray...