Oğlu maşınla xalq artistinin ailəsini əzən sabiq məmurun külli miqdarda pulu oğurlandı – TƏFƏRRÜAT
Xəzər rayonunda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Mübariz Mədətov Xəzər Rayon Polis İdarəsində müraciət edərək, Zirə qəsəbəsindəki evindən içərisində 10 min dollar və 40 min avro plan seyfin oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulub. Ramil Bağırov cinayəti Ruslan Nabatovun planı olduğunu bildirib.
İstintaq araşdırması zamanı məlum olub ki, Ruslan Nabatov oğurluq etdikləri evə əvvəllər maşınla usta aparırmış. Bu səbəbdən o, evdəki şəraiti tam öyrənib və dostu Ramillə birlikdə oğurluq etmək qərarına gəlib.
Dəstə qzvləri cinayət yolu ilə əldə edilmiş pulu aralarında bölüblər.
Qeyd edək ki, içi pulla dolu seyfi oğurlanan Mübariz İsrafil oğlu Mədətov yüksək vəzifələrdə çalışıb. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurması və ailənin iki üzvünün ölməsi olmuşdu.
Oxşar xəbərlər
Bakıda 12 min manatlıq ətir oğurlandı
Bakıda məşhur mağazadan oğurluq olub. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. M...