Bakıda universitetdən içərisində 300 min dollar olan seyf oğurlandı
Odlar Yurdu Universitetindən içində külli miqdarda pul olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyindın BAKU.WS-ə verilən məlumata görə, yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub. Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevdir. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda bıçaqlanma
Bakıda metrostansiyasında bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Metropoliten Polis Şöbəsi əməkdaşlar...