Metroda mobil telefon oğruları tutulub
Bakı metrosunda oğurluq edən şəxslər tutulub.
BAKU.WS-in Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacı Mehdiyev tutulub. Onun ətrafında Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 22-də daha bir paytaxt sakininin mobil telefonunu oğurlaması da müəyyən edilib.
Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev də Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda mağazadan 2 min manatlıq siqaret oğurladılar
Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən mar...