Polis metroda əməliyyat keçirdi, cinayətkarlar yaxalandı

Polis metroda əməliyyat keçirdi, cinayətkarlar yaxalandı
Hadisə 2938
Oktyabrın 20-də metronun “Elmlər Akademiyası” stansiyası ərazisində xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir gənc 2 naməlum şəxsin mobil telefonunu alaraq qaçdığını bildirib.DİN-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, polis əməkdaşları dərhal həmin şəxsləri təqib edərək yaxalayıb və şöbəyə gətiriblər. Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metrostansiyanın qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonunda zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq, danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək, maddi sübut kimi götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Ticarət mərkəzində qadının qulağından qızıl sırğanı qoparıb qaçan şəxs saxlanıldı

Ticarət mərkəzində qadının qulağından qızıl sırğanı qoparıb qaçan şəxs saxlanıldı

Nəsimi və Sumqayıtda Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edərək qaçmağa cəhd göstərən şəxsləri yaxalayıblar.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən...

1818 Hadisə 16:18 19 oktyabr 2017

Son xəbərlər