Bakıda qadının pul dolu çantasını oğurlayan şəxs yaxalandı

Bakıda qadının pul dolu çantasını oğurlayan şəxs yaxalandı
Hadisə 1311

 

Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı polis baş serjantı Şakir Həsənov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.

Polis əməkdaşının çevikliyi sayəsində cinayəti törədən şəxsi hadisə yerindən bir neçə yüz metr kənarda yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutlarla birlikdə ərazi üzrə yaxınlıqdakı Polis Bölməsinə təhvil verib. Bölmədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq və cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.

BAKU.WS

Son xəbərlər