Bakıda dəhşət - 3 qadın binadan özünü atmaq istədi
Bakıda 3 qadını intihara təhrik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birinin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birinin özünü atdığını görüblər. Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.
Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır.
Faktla əlaqədar cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü - Bakıda dəhşət
Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqov...