Bakıda qadın banka hücum etdi - ŞÜŞƏLƏRİ SINDIRDI
Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə "həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.
Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.
Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda küçədə bir aylıq körpə tapılıb
Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qe...