Banka hücum etdilər - Azərbaycanda - FOTO
Azərbaycanda bank filiallarından birində basqın edilib.
Hadisə "Accessbank" QSC-nin "Beyləqan" filialında qeydə alınıb.
BAKU.WS tezis.az-a istinadən bildirir ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank" QSC-nin "Beyləqan" filialından "həyəcan" siqnalı daxil olub. Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
Bu zaman bankın "Beyləqan filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.
Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycanda banka maskalı basqın edildi
Gəncədə oğurluq hadisəsi baş verib. BAKU.WS Azvision.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında "Bank of Baku”nun Nəriman Nərimanov prospektində ye...